Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinin adı açıqlanıb
Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinə “TURKOVAC” adı verilib.
Leqal.info “TRTHaber”ə istinadən bildirir ki, peyvəndin adını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb. İyunun 22-də könüllülərə yerli aşının üçüncü fazasının ilk dozası vurulub. R.T.Ərdoğan mərasimə video-konfrans vasitəsilə qatlıb. “Üçüncü fazanın ilk tətbiqi ilə birlikdə Türkiyə artıq bu sahədə bir dönəmin qapılarını açır. Bir neçə həftə ərzində ölkəmizdəki 18 yaşdan yuxarı əhalinin hamısının peyvəndlənməsinə nail olacağıq”, - o vurğulayıb. |
XƏBƏR LENTİ
Bu gün, 08:42
Bu gün, 08:42
Bu gün, 08:42
Bu gün, 08:42
Bu gün, 08:42
Bu gün, 08:42