allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info YAP Səbail rayon təşkilatının yaranmasının 27-ci ildönümü qeyd olundu » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

YAP Səbail rayon təşkilatının yaranmasının 27-ci ildönümü qeyd olundu

YAP Səbail rayon təşkilatının yaranmasının 27-ci ildönümü qeyd olundu YAP Səbail rayon təşkilatının yaranmasının 27-ci ildönümü münasibətilə fevralın 21-də rayon partiya təşkilatının qərargahında Rayon Şurası və İdarə heyətinin geniş yığıncağı keçirildi.
Tədbirdə Rayon Şurası və İdarə heyətinin üzvləri, rayonun tanınmış ictimaiyyət nümayəndələri, ziyalılar, partiya veteranları, “91”lərin nümayəndələri, partiya fəalları, gənclər iştirak etdilər.
Əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və ötən dövr ərzində dünyasını dəyişmiş partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, prof. Şəmsəddin Hacıyev çıxış etdi. Müstəqilliyin ilk illərində ölkəmizdə cərəyan edən və Yeni Azərbaycan Partiyasının yaranmasını obyektiv zərurətə çevirən hadisələr, o dövrdə respublikamızı bürüyən siyasi və iqtisadi böhran, son dərəcə çətin ictimai-siyasi şərait haqqında danışan millət vəkili partiyanın yaranma tarixi, ötən dövr ərzində keçdiyi çətin, eyni zamanda şərəfli inkişaf yolundan bəhs etdi. Yeni Azərbaycan Partiyasının təsis edilməsini Azərbaycanın müstəqillik tarixində və ölkəmizin ictimai-siyasi həyatında çox mühüm əhəmiyyət kəsb edən tarixi hadisə kimi qiymətləndirən professor vurğuladı ki, 1990-cı illərin əvvəllərində ölkəmizin yenicə əldə etdiyi müstəqilliyini itirmək və məhv olmaq təhlükəsi yaranmışdı. Xalqımızın böyük əksəriyyəti, o cümlədən o vaxtki iqtidar da daxil olmaqla xilas yolunu Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Bu istiqamətdə atılan ilk addım Azərbaycanın 91 nəfər vətənpərvər ziyalısının 1992-ci ilin oktyabr 16-da Heydər Əliyevə tarixi müraciəti oldu. Bu müraciətə cavab olaraq, Heydər Əliyev Azərbaycanın düçar olduğu bu ağır vəziyyətdən qurtuluşu və əsl demokratik dövlət quruculuğu sisteminin formalaşması yollarını özündə ehtiva edən proqramla çıxış etdi. Bu hadisədən bir ay sonra – 1992-ci ilin noyabr ayının 21-də 550 nəfər nümayəndənin iştirakı ilə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyası təsis olundu. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi ki, bu da milli dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilasının və tənəzzüldən inkişaf yoluna qədəm qoymasının başlanğıcı oldu. YAP artıq mütəşəkkil qüvvə kimi siyasi meydanda öz fəaliyyətinə başladı və cəmi yeddi ay sonra tamamilə sivil və demokratik yolla respublikada hakimiyyətə gələrək iqtidar partiyasına çevrildi.
Ş.Hacıyev diqqətə çatdırdı ki, YAP-ın yaranması nəinki respublikamızda və Cənubi Qafqazda, ümumiyyətlə, yaxın coğrafiyada sözün əsl mənasında fenomenə çevrilərək, ölkəmizin həyatına yeni siyasi mədəniyyət gətirdi. Bu gün, YAP sıralarında 750 mindən çox partiya üzvünü birləşdirən və böyük qüvvəyə malik mütəşəkkil siyasi təşkilatdır. Partiyamız möhtərəm Prezidentimiz, partiyamızın Lideri İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü və qüdrətli siyasi təşkilatı kimi özünü tam təsdiq etmişdir və hazırda müstəqil dövlətçilik tarixində ən qüdrətli, möhtəşəm və qürurverici dövrünü yaşayır. Ş.Hacıyev çıxışının davamında ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi və ölkəmizin ictimai, siyasi, iqtisadi və hərbi qüdrətinin ilbəil yüksəlməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Xüsusi vurğulandı ki, respublikamızda ötən dövrdə əldə olunmuş bütün misilsiz uğurlarda və sürətli inkişaf proseslərində Yeni Azərbaycan Partiyasının özünəməxsus rolu və payı vardır.
Yeni Azərbaycan Partiyasında ölkənin bütün regionlarını və şəhərlərini əhatə edən təşkilatlanma prosesi və Azərbaycanda yaranan ilk partiya təşkilatlarından biri olan YAP Səbail rayon təşkilatının yaranma tarixindən danışan Ş.Hacıyev rayon partiya təşkilatının keçdiyi şərəfli inkişaf yolu, ötən 27 il ərzində görülən çoxşaxəli və genişmiqyaslı işlər haqqında məlumat verdi. Qeyd olundu ki, yarandığı ilk gündən etibarən Ulu Öndər Heydər Əliyev ideyalarına, Heydər Əliyev və İlham Əliyev siyasətinə sədaqətlə və şərəflə xidmət edən YAP Səbail rayon təşkilatı bundan sonra da müstəqil Azərbaycan dövlətçiliyinə və ölkəmizin milli maraqlarına şərəfli xidmətini davam etdirəcəkdir.
Tədbirdə YAP Səbail rayon təşkilatının 2019-cu il ərzindəki fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.
Çıxış edən YAP Səbail rayon İdarə Heyətinin üzvü, 91-lərdən Hacan Hacıyev, Rayon Şurasının üzvü Svetlana Bayramova və ərazi ilk partiya təşkilatlarının üzvləri Yeni Azərbaycan Partiyasının və YAP Səbail rayon təşkilatının keçdiyi şərəfli inkişaf yolundan danışdılar, YAP-ın və rayon partiya təşkilatının yaradılmasında xidmətləri olan partiya veteranlarının əziz xatirəsini ehtiramla yad etdilər.
Daha sonra cari məsələlərə və rayon partiya təşkilatına ünvanlanan müraciətlərə baxıldı, müvafiq qərarlar qəbul olundu.
Əlamətdar tarixi gündə həmçinin YAP Səbail rayin “Azertrans” ərazi ilk partiya təşkilatının Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan üzvlərinə üzvlük vəsiqələri təqdim olundu
19:08
Baxıs: 2320
Reyting: