"Azərkosmos"un müvəqqəti rəhbəri nazir müavini oldu

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevə yeni müavin təyin edilib.

Leqal.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifə Rövşən Mürvət oğlu Rüstəmova həvalə olunub. O, bu təyinata qədər "Azərkosmos” ASC-nin sədr müavini və müvəqqəti rəhbəri vəzifəsində çalışıb, ondan əvvəl isə səhmdar cəmiyyətdə korporativ idarəetmə üzrə müşavir, nazirliyə məxsus "Azərpoçt" biznesin inkişafı şöbəsinin müdir müavini, əməliyyatlar şöbəsinin müdiri olub.скачать dle 10.6фильмы бесплатно
15-06-2021, 11:00
Baxıs: 22 481
Reyting: