Türkiyədə sabahdan toyların keçirilməsinə icazə veriləcək

Türkiyədə yeni növ koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən sərt karantin rejimi sabahdan yumşaldılır.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Onun sözlərinə görə, iyun ayı ərzində komendant saatı həftə içi yerli vaxtla, saat 22:00-dan 05:00-a qədər qüvvədə olacaq. Bazar günləri isə 24 saatlıq komendant saatı tətbiq ediləcək. Odur ki, şənbə günü axşam saat 22.00-dan başlayan komendant saatı bazar ertəsi günü saat 05.00-dək qüvvədə olacaq.

Kafelər, restoranlar, əyləncə mərkəzləri, idman zalları bazar günləri istisna olmaqla 07:00-dan 21:00-dək açıq olacaq. Bazar günü restoranların yalnız çatdırılma xidməti işləyəcək.

Pandemiya qaydaları nəzərə alınaraq 1 iyun tarixindən etibarən qapalı və açıq məkanlarda toyların keçirilməsinə icazə verilir.скачать dle 10.6фильмы бесплатно
31-05-2021, 23:00
Baxıs: 24 863
Reyting: