allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Azərbaycan Ordusunun əsgəri dəfn olunub » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Azərbaycan Ordusunun əsgəri dəfn olunub

Azərbaycan Ordusunun əsgəri dəfn olunub Azərbaycan Ordusunun əsgəriAbdulrəhmanov Ramin Şövkət oğludəfn olunub.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hərbi qulluqçunun nəşi rayonun mərkəzi qəbiristanlığında torpağa tapşırılıb.
***
Sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşi Azərbaycana qaytarılıb.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hərbi qulluqçunun cənazəsi doğulduğu Quba rayonunun Qırmızı Qəsəbəsində yerləşən evinə gətirilib.
Vida mərasimindən sonra hərbi qulluqçu rayonun mərkəzi qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Sentyabrın 23-də isə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəflərin müraciəti və razılaşması ilə neytral vasitəçi olaraq həlak olan şəxsin nəşini təmas xətti ərazisindən çıxarılması əməliyyatında iştirak edib.

14:01
Baxıs: 3840
Reyting: