Vurulan vaksin sayı 1 milyonu keçdi

Bu gün Azərbaycanda 43 min 499 doz vaksin vurulub.

Leqal.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ peyvənd olunanların sayı 27 min 992 təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 15 min 507 olub.

Ümumilikdə, indiyədək ölkədə 1 milyon 25 min 790 doz vaksin vurulub. Bunlardan 639 min 463-ü birinci mərhələ, 386 min 327-si isə ikinci mərhələ vaksinasiyadır.скачать dle 10.6фильмы бесплатно
7-04-2021, 15:30
Baxıs: 34 819
Reyting: