Putinlə Paşinyan nəyi müzakirə edəcək?

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə verdiyi müsahibədə Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya gözlənilən səfərini təsdiqləyib.

Leqal.info xəbər verir ki, Peskovun sözlərinə görə, tərəflər Qarabağ ilə bağlı razılaşmaların həyata keçirilməsini və Ermənistandakı erkən parlament seçkilərini müzakirə edəcəklər.

“Bəli, təsdiq edə bilərəm. Həqiqətən, Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya işgüzar səfəri aprelin 7-nə planlaşdırılıb. Prezident Vladimir Putinlə danışıqlar aparacaq. Əlbəttə ki, ilk növbədə Qarabağdakı hərbi əməliyyatlara son qoyan üçtərəfli razılaşmaların və üçtərəfli sənədin icrasının gedişatı müzakirə ediləcək”,- deyə Peskov qeyd edib.

Onun sözlərinə görə, tərəflər həmçinin Cənubi Qafqazın nəqliyyat infrastrukturlarının bərpası, Ermənistanda başlayan seçki prosesi və Rusiya-Ermənistan əməkdaşlığının digər aktual məsələləri barədə fikir mübadiləsi aparacaqlar.

Putinin sözçüsü görüşün ikitərəfli formatda olacağını, hələ üçtərəfli danışıqların planlaşdırılmadığını bildirib.скачать dle 10.6фильмы бесплатно
2-04-2021, 15:53
Baxıs: 38 561
Reyting: