Dünən bağlanan məktəbin müəllimi koronavirusdan vəfat etdi

Bakıda R.Nəsrəddinov adına 39 saylı tam orta məktəbin müəllimi Təranə Abdullayeva koronavirusdan vəfat edib.

“Leqal.info” xəbər verir ki, 56 yaşlı ibtidai sinif müəllimi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, ötən gün məktəbdə çalışan 2 müəllim, 1 direktor müavini və bir texniki işçinin “COVID-19” infeksiyasına yoluxmaları təsdiq olunmuşdu. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında qeyd olunan məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.скачать dle 10.6фильмы бесплатно
18-03-2021, 17:29
Baxıs: 53 088
Reyting: