Bu günədək 21 mülki şəxs minaya düşüb

Ermənistan Silahlı Qüvvələrinin ərazilərimizi minalaması səbəbindən 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə 21 mülki şəxs minaya düşüb.

Baş Prokurorluqdan Leqal.info-ya verilən məlumata görə, onlardan 10 mülki şəxs həlak olub, 11 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş Prokurorluq bir daha əhaliyə xəbərdarlıq edərək, işğaldan azad olunmuş ərazilərdə təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edir.скачать dle 10.6фильмы бесплатно
10-03-2021, 17:17
Baxıs: 37 868
Reyting: