“Ərzaqların qiyməti qalxıb, maaş artımı isə xeyli aşağıdır”

“Dünyanın hər yerində idman kompleksləri açıqdır. Ancaq bizdə idman zalları hələ də bağlıdır. Zallarda az adam olur, niyə bağlı olmalıdır ki?!”.

Leqal.info xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə deyib.

O qeyd edib ki, sərt karantin dövründə ayaqqabı dükanını bağlayırlar: “Halbuki ora gündə 3-5 adam girə, ya girməyə. Bu gün tikinti materiallarının qiyməti 30-40 faiz qalxıb. Ərzaqların qiyməti artıb. Əmək haqlarının qalxması isə ondan xeyli aşağıdır.

Bu gün idman zallarında çalışan insanların çoxu acından ölür. Yüzlərlə insanın taleyini belə başlı- başına buraxa bilmərik”.скачать dle 10.6фильмы бесплатно
12-02-2021, 12:13
Baxıs: 38 913
Reyting: