Daha 2 erməni hərbçinin meyiti tapıldı

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 2 erməni hərbçinin meyiti tapılıb.

Leqal.info “armeniasputnik”ə istinadən xəbər verir ki, cəsədlər Füzulidə aşkarlanıb. Onların şəxsiyyətlərini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 367-yə yüksəlib.

Hazırda axtarış işlərinin Rusiya sülhməramlı kontingentində heyət dəyişikliyi səbəbindən dayandırıldığı bildirilib.скачать dle 10.6фильмы бесплатно
8-02-2021, 14:13
Baxıs: 32 653
Reyting: