Gürcüstanın Baş naziri İlham Əliyevi təbrik etdi

Dekabrın 24-də Gürcüstanın Baş naziri Giorgi Qaxariya Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Leqal.info xəbər verir ki, Gürcüstanın Baş naziri dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və xalqımızın firavanlığı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd edilərək əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
скачать dle 10.6фильмы бесплатно
24-12-2020, 22:43
Baxıs: 44 152
Reyting: