Prezident Namiq Zeynalovu işdən çıxardı

Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Leqal.info xəbər verir ki, sənədə əsasən, Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Xatırladaq ki, ötən gün hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçiriblər. Əməliyyat nəticəsində Namiq Zeynalovun saxlanılaraq Bakıya gətirildiyi bildirilirdi.скачать dle 10.6фильмы бесплатно
8-12-2020, 22:12
Baxıs: 23 344
Reyting: