Fondun vəsaiti ilə kreditlər bağlanacaq, müalicə və təhsil xərcləri ödənəcək

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında fərman imzalayıb.

Leqal.info xəbər verir ki, fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunacaq:

- şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması;

- müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi;

- təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi;

- məişət şəraitinin yaxşılaşdırılması;

- Himayəçilik Şurasının müəyyən etdiyi digər istiqamətlər.

Qeyd edək ki, Fondun vəsaiti Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılacaq.скачать dle 10.6фильмы бесплатно
8-12-2020, 12:45
Baxıs: 25 228
Reyting: