Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Azərbaycanda 2 qardaş birgə qətl törətdilər
Azərbaycanda 2 qardaş birgə qətl törətdilərTarix: 19-07-2022, 14:50. Müəllif: admin2 |
İyulun 18-i saat 16 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Eurohome” ticarət mərkəzində kombi satışı ilə məşğul olan 1983-cü il təvəllüdlü Şəmşiddin Quliyevin iş yerində çoxsaylı bıçaq xəsarətləri yetiririlərək öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Binəqədi rayon prokurorluğundan Manset.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla cinayətin zərərçəkmişin qohumları Vüsal Yusibov və qardaşı Rafayıl Yusibov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Vüsal və Rafayıl Yusibovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişlər. İstintaq davam edir. Geri Qayıt |