Seninem.Az > Aktual / Manşet Sağ > Azərbaycan Prezidenti Özbəkistana səfər edəcək

Azərbaycan Prezidenti Özbəkistana səfər edəcək


Tarix: 17-06-2022, 16:40. Müəllif: admin
Azərbaycan və Özbəkistanın analitik mərkəzləri “Qlobal qeyri-sabitlik şəraitində ikitərəfli əməkdaşlığın perspektivləri” adlı onlayn konfrans keçirib.

Leqal.info xəbər verir ki, tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistan Respublikası Prezidenti yanında Strateji və Bölgələrarası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda Azərbaycan və Özbəkistan arasında münasibətlərin inkişafına töhfə verən fikir mübadiləsinin aparılması üçün dialoq meydançası qismində bu formatın zəruriliyi vurğulanıb.

Bildirilib ki, bu formatda ilk görüş ölkələr arasında diplomatik münasibətlərin qurulmasının ildönümü münasibətilə ötən ilin dekabr ayında təşkil olunub. Bu dəfə isə iki ölkənin analitik mərkəzlərinin aparıcı ekspertləri Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri ərəfəsində bir araya gəliblər. Bu səfər əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açacaq.

“Münasibətlərimiz dərin köklərə malikdir. Biz əsrlər boyu sülh və anlaşma şəraitində yaşamışıq və bir-birinə qardaş kimi münasibət bəsləmişik. Bu, uzunmüddətli perspektivdə münasibətləri qurmağa imkan verən təməl rolunu oynayır. Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaşımız hesab edirik. Əməkdaşlığımız daim artan xətt üzrə inkişaf edir”, - Özbəkistan Prezidenti yanında Strateji və Bölgələrarası Araşdırmalar İnstitutunun direktoru Eldor Aripov bildirib.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev isə vurğulayıb ki, dövlət başçılarının müəyyən etdikləri əməkdaşlıq istiqamətləri, o cümlədən nəqliyyat, enerji, iqtisadiyyat və ticarət sahələri üzrə əməkdaşlıq bundan sonra da inkişaf edəcək.

Onun sözlərinə görə, heç bir hərbi-siyasi bloklara qoşulmamış və müstəqil siyasət yürüdən yeganə postsovet ölkələri Azərbaycan və Özbəkistandır: “Hər iki ölkədə siyasi sabitlik hökm sürür. Məqsəd bazar iqtisadiyyatının, qlobal iqtisadiyyatla əlaqələrin inkişafı ilə bağlı islahatları davam etdirmək və dərinləşdirməkdir”.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt