Seninem.Az > Gündəm / Manşet Yuxarı > Səhiyyə Nazirliyi: “Uşaqlar arasında yayılan xəstəlik epidemiya halını alıb”
Səhiyyə Nazirliyi: “Uşaqlar arasında yayılan xəstəlik epidemiya halını alıb”Tarix: 6-04-2022, 18:25. Müəllif: admin |
“Son bir ayda uşaqlarda qusma, yüksək hərarət və ishal müşahidə edilir”. Leqal.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib. O bildirib ki, xəstəxanaya müraciət edən uşaqlar müayinə olunur və rotavirus olması aşkarlanırsa, onlara uyğun müalicə yazılır: “Hazırda bu hallar epidemiya şəklindədir və 5 yaşlı uşaqlarda daha çox rast gəlinir. Xəstəlik böyük yaşlarda da müşahidə edilsə də, onlar yüngül keçirirlər. Uşaqlardakı simptomlar bir həftədən bir aya qədər davam edə bilər”. Geri Qayıt |