Seninem.Az > Dünya / Manşet Yuxarı > Zelenski rus əsgər analarına SƏSLƏNDİ: "Görün necə əclaflar böyütmüsünüz"

Zelenski rus əsgər analarına SƏSLƏNDİ: "Görün necə əclaflar böyütmüsünüz"


Tarix: 4-04-2022, 18:45. Müəllif: admin
Zelenski Buçadakı qətliama görə rus əsgər analarına səslənib: “Görün necə əclaflar böyütmüsünüz”.

Leqal.info xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev vilayətinin Buça şəhəri rus işğalçılarından azad edildikdən sonra oradan dəhşətli fotolar nümayiş etdirib.

“Buxarest, NATO sammitinin bəyannaməsi. 3 aprel, 14 il əvvəl. Qarşısını almaq şansı var idi ki, Rusiya gəlməsin. Buça, Kiyev vilayəti. Artıq Rusiya gəlib”, – dövlət başçısı Teleqramda bildirib.

Eyni zamanda o, rus analarına müraciət edib.

“Rusiya hərbçilərinin analarına səslənirəm, görün necə əclaflar yetişdirmisiniz. Qatillər, qarətçilər, cəlladlar”, – deyə Zelenski əlavə edib.
Zelenski rus əsgər analarına SƏSLƏNDİ: "Görün necə əclaflar böyütmüsünüz"скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt