Seninem.Az > Dünya / Manşet Yuxarı > Çavuşoğlu: “Sergey Lavrovla danışdım, yaxın günlərdə yaxşı xəbərlər gözləyirik”

Çavuşoğlu: “Sergey Lavrovla danışdım, yaxın günlərdə yaxşı xəbərlər gözləyirik”


Tarix: 15-03-2022, 15:13. Müəllif: admin
“Bu günədək Ukraynadan 14 800-dən çox vətəndaşımızı təxliyə edə bilmişik. Hazırda 300-350 civarında vətəndaşımız orada qalıb. Bu rəqəm gündəlik dəyişir. Mariupolda da 100-dən çox vətəndaşımızın olduğu barədə məlumat var. Ora ilə əlaqəmiz çox güclü deyil, hazırda peyk telefonu vasitəsilə oradan məlumat ala bilmişik”.

Leqal.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.

Onun sözlərinə görə, Türkiyə vətəndaşlarının Mariupoldan təxliyəsi məsələsi martın 10-da baş tutan görüşdə də qaldırılıb:

“Hər iki tərəfdən yardım istədik. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Digər tərəfdən, bu insanların ərazidəki faktiki durumunu nəzərə alaraq oradan sağ-salamat xilas edilməsi üçün hər iki tərəflə də müzakirələrimizi davam etdiririk. Digər telefon danışığında isə sadəcə vətəndaşlarımızın durumunu, təxliyəsini və ya orada humanitar dəhlizin açılmasını deyil, martın 10-dakı görüşün nəticələrini də müzakirə etdik”.

Nazir qeyd edib ki, Türkiyə vətəndaşlarının təxliyəsi ilə əlaqədar bu gün və ya sabah gözəl xəbərlər gözlənilir:

“Dostlarımız bu gün bəzi şəhərlərdən vətəndaşlarımızı evakuasiya etmək üçün çalışırlar. Kiyevdən vətəndaşlarımızın göndərilməsi nəzərdə tutulur. Lvovdan 2 avtobusun yola salınmasını planlaşdırırıq. Onlardan biri Krım tatar türklərini daşıyacaq. Bu gün daxil olan müraciətlər əsasında Odessadan avtobus yola çıxacaq. Biz də bacardığımız qədər başqa ölkələrin vətəndaşlarına kömək edirik. Vətəndaşlarımızın Mariupoldan təxliyəsi ilə bağlı dünən axşam Rusiyanın xarici işlər naziri Sergey Lavrov mənə zəng edib, tədricən şərait formalaşır, bu gün və ya sabah xoş xəbər gözləyirik”.

M.Çavuşoğlu Ukraynanın Mariupol şəhərində qalan Türkiyə vətəndaşlarının qida problemi olmadığını vurğulayıb:

“Vətəndaşlarımızın məsciddə yemək-içmək problemi olmadığını öyrəndik. Amma biz digər mülki şəxslərin oradan çıxarılması üçün hər iki tərəflə humanitar atəşkəsin elan olunması üzrə səylərimizi davam etdirəcəyik. Yenə də Ukraynada daimi atəşkəs, iki tərəfin atəşkəsin davamlı olması və sonra öz aralarında razılığa gəlməsi məsələləri var. Həmin məsələlərdə də müəyyən yaxınlaşma var. Bu baxımdan biz əlaqələrimizi fasiləsiz davam etdiririk. Bu gün səhər Ankarada Ukrayna danışıqlar heyətindən yoldaşlarla görüşdük. Bu həftə çoxlu üz-üzə görüşlərimiz, telefon danışıqlarımız, həmçinin təmaslarımız olacaq. Bu gün Türkiyə Nazirlər Kabinetinə bu görüşlər barədə məlumat verəcəyəm. Qarşıdakı dövrdə atdığımız və atacağımız addımlar barədə sizə məlumat verəcəyəm”.

Xatırladaq ki, müharibənin ilk günlərindən Rusiya Silahlı Qüvvələri Ukraynanın sərhədyanı bölgəsində yerləşən Mariupol şəhərini ələ keçirərək Krım yarımadası ilə birbaşa quru əlaqənin yaradılmasını istəyir. Strateji əhəmiyyətə sahib olan bu şəhərin uzunmüddətli mühasirəsinə baxmayaraq, Rusiya qoşunları hələ də şəhərə daxil ola bilməyib. Şəhərdən vətəndaşların təxliyəsi qismən mümkün olsa da, humanitar faciə davam edir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt