Seninem.Az > Aktual / Manşet Yuxarı > MN: "Ermənistan hərbçisinin həlak olması, digərinin yaralanması barədə məlumatın əsası yoxdur"

MN: "Ermənistan hərbçisinin həlak olması, digərinin yaralanması barədə məlumatın əsası yoxdur"


Tarix: 7-03-2022, 17:30. Müəllif: admin
"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusunun həlak olması və digərinin yaralanması barədə yayılan məlumat yalandır", .

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan tərəfinin bu kimi dezinformasiyaları yaymaqda məqsədi ordusunda mövcud olan intizamsızlığı və onun nəticələrini ört-basdır etməkdir. Ordumuzun bölmələri bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir", - məlumatda vurğulanıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt