Seninem.Az > Gündəm / Manşet Yuxarı > Duzun daha bir zərəri aşkarlandı

Duzun daha bir zərəri aşkarlandı


Tarix: 28-01-2022, 23:33. Müəllif: admin
Almaniyanın Münhen Texniki Universitetinin alimləri qidada həll olmuş duzun çöküntüsünün insan orqanizmində allergik reaksiyaları inkişaf etdirdiyini müəyyən edib.

Leqal.info xəbər verir ki, bu barədə "MedicalXpress"də dərc olunan press-relizdə deyilir.
Mütəxəssislər araşdırma zamanı atopik dermatitdən (xroniki allergik dəri xəstəliyi - red.) əziyyət çəkən pasiyentin dərisindən götürülmüş nümunəni müayinə edib.

Məlum olub ki, dərinin zədəli sahələrində natrium miqdarı normadan 30 dəfə çox olub.

Tədqiqatçılar natrium-xloridin Th2- hüceyrələrini normadan artıq interleykin-4 və interleykin-13 zülalları ifraz etməyə vadar etdiyini müəyyənləşdirib. Bunun nəticəsində dərinin iltihablı xəstəlikləri, o cümlədən atopik dermatit meydana gəlir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt