Hazırda sərhəddə vəziyyət necədir? - SON DƏQİQƏ MƏLUMATI

Hazırda sərhəddə vəziyyət necədir? - SON DƏQİQƏ MƏLUMATI

Saat 9:15-dən etibarən Azərbaycan tərəfinin səyləri nəticəsində atəşin dayandırılmasına nail olunub.

10:03

Ermənistanla Azərbaycan sentyabrın 13-ü saat 9:00-dan etibarən atəşin dayandırılması barədə razılığa gəlmişdilər.

Razılığa baxmayaraq, Ermənistan təxribatlarını davam etdirir və Azərbaycanın dövlət sərhədi istiqamətində mövlqelərimizi atəşə tutur.

Haqqin.az

09:33

"Ermənistan ordusunun dünənki növbəti təxribatından sonra Azərbaycan Silahlı Qüvvələrinin ildırımsürətli cavab tədbirləri nəticəsində Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi zərərsizləşdirilib".

Bu barədə “Caliber” teleqram kanalı məlumat yayıb. 

Qeyd edilib ki, sərhədin müəyyən edilmiş hissəsində düşmənin hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb.

Məlumata görə, bu gün saat 9:00-dan başlayaraq tərəflər atəşin dayandırılması ilə bağlı razılıq əldə edilib.

“Razılaşmaya düşmən tərəfinin necə riayət edəcəyini müşahidə edəcəyik”, - deyə məlumatda qeyd olunub.скачать dle 10.6фильмы бесплатно
13-09-2022, 11:22
Baxıs: 405
Reyting: