"Azərbaycan bütün bərpa işlərini öz vəsaiti hesabına aparır"

Azərbaycan bütün bərpa işlərini öz vəsaiti hesabına həyata keçirir.

"Leqal.info" xəbər verir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, IX Qlobal Bakı Forumunun panelinin bu gün Şuşada keçirilməsi əlamətdar bir hadisədir, çünki forumda iştirak edən xarici ölkələrin nümayəndələri burada aparılan işlərlə yaxından tanış olur.

E.Hüseynov qeyd edib ki, bu gün qonaqlara ərazilərin bərpası, minalardan təmizlənməsi istiqamətində aparılan işlər və bu prosesin mürəkkəbliyi barədə məlumat verilib.

Leqal.infoскачать dle 10.6фильмы бесплатно
19-06-2022, 14:34
Baxıs: 34 989
Reyting: