Ukrayna Prezidentinin xüsusi nümayəndəsi: "100 gündə Rusiya heç bir strateji hədəfinə çatmadı"

"Rusiya müharibənin başlamasından ötən 100 gün ərzində ilk günlərdə nəzərdə tutduğu strateji qələbələr qazanmayıb. Söhbət Ukraynanın tam, heç olmasa ölkənin yarısının işğal edilməsindən gedir. Bundan əlavə, o, taktiki hədəflərinə belə, nail olmayıb".

Bunu “Report”un Şərqi Avropa bürosuna Ukrayna Prezidenti Volodimir Zelenskinin xüsusi nümayəndəsi Fyodor Venislavskiy deyib.

O hesab edir ki, bu 100 günü dünyada bütöv müasir kollektiv təhlükəsizliyin dərk edilməsi baxımından dəyişikliyin baş verməsi kimi qiymətləndirmək olar: "Çünki açıq və aydındır ki, Rusiya Federasiya öz hərəkətləri ilə İkinci Dünya müharibəsindən sonra mövcud olan kollektiv təhlükəsizlik sistemini tamamilə dağıdıb".

F.Venislavskiy qeyd edib ki, indi bütün Qərb ölkələri, sivil dövlətlər kollektiv təhlükəsizlik sisteminin qurulması haqda düşünür:

"100 gündür ki davam edən müharibənin nümayiş etdirdiyi ikinci məsələ odur ki, artıq bir çox miflər dağıdılıb. Məsələn, hesab edirəm ki, Rusiyanın dünyada ikinci ən güclü orduya malik olması ilə bağlı mif artıq tamamilə dağılıb: ən azı bir çox onilliklər üçün. Beynəlxalq ekspert təşkilatlarının qiymətləndirmələrinə əsasən, təhlükəsiz və müdafiə qüvvələri sahəsində Ukrayna Silahlı Qüvvələri dünya ölkələri arasında ilk onluqdadır. Ukrayna Silahlı Qüvvələri isə nümayiş etdirib ki, onlar 100 gündür ki, Rusiya ordusuna müqavimət göstərə bilir. Rusiya ordusu isə İkinci Dünya müharibəsinin şablonları əsasən müharibə apardığını göstərib. Üstəlik, Rusiya Federasiya hərbi əməliyyatlarda innovasiyalar, yeni döyüş üsulları nümayiş etdirmir. Lakin o, təbliğatçılarının “qələbə” ilə bağlı arqumentlər göstərə bilməsi üçün öz gücünü, vəsaitini, insanlarını və texnikaları usanmadan istifadə edir. Buna baxmayaraq, Rusiya son 100 gün ərzində müharibənin ilk günlərində nəzərdə tutduğu strateji qələbələr qazanmayıb. Söhbət Ukraynanın tam, heç olmasa ölkənin yarısının işğal edilməsindən gedir. Bundan əlavə, o, taktiki hədəflərinə belə, nail olmayıb. Burada isə söhbət onun Donetsk və Luqans vilayələtlərinin administrativ sərhədlərinə çıxa bilməsindən gedir".

Ukrayna Prezidentinin xüsusi nümayəndəsi vurğulayıb ki, 100 gün – Mariupolun, Xarkovun, Şimali Donetskin və bir çox digər şəhərlərin tarixidir:

"Bu şəhərlər nümayiş etdirib ki, Rusiyanın hərbi-siyasi rəhbərliyinin Ukrayna ərazilərinin də daxil olduğu bölgələrdə rus dünyasının yaradılması və ya dirçəldilməsi ilə bağlı bütün gözləntiləri növbəti mifdir. Rusiya isə bu mifin dağılması nəticəsində hazırda faktiki olaraq beynəlxalq birlikdən təcrid olunub. Onun müttəfiqləri bir neçə avtoritar rejimlərdir. Bütün sivil dünya isə anlayır ki, Rusiya konstruktiv, sivil dialoqun aparılmasının mümkün olmadığı dövlətdir. Buna görə də müharibənin 100 günü Ukrayna xalqının, millətinin milli ruhunun gücünü göstərib. Ukrayna milləti Rusiya Federasiyasına qarşı mübarizədə birləşib. Bu 100 gün Rusiyanın artıq uduzduğunu nümayiş etdirib. Bundan sonra isə Rusiyanın dövlət quruluşunun indiki formatında mövcudluğunu necə sona çatdıracağını müşahidə edəcəyik", - deyə o əlavə edib.скачать dle 10.6фильмы бесплатно
3-06-2022, 15:02
Baxıs: 36 536
Reyting: