İlham Əliyev iranlı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə başsağlığı məktubu ünvanlayıb.

Leqal.info xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Abadan şəhərində onmərtəbəli binanın çökməsi nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"скачать dle 10.6фильмы бесплатно
30-05-2022, 13:56
Baxıs: 28 126
Reyting: