"Sizə Qarabağ deyəndə ürəyində fırtınalar olan 85 milyon vətəndaşımızın salamını gətirmişəm"

"Keçən il Şuşa Bəyannaməsi ilə münasibətlərimizi strateji ortaqlıq səviyyəsinə qaldırdıq".

“Leqal.info” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.

"İlham qardaşımın töhfəsi ilə əlaqələrimizi nəinki regiona, bütün dünyaya nümunə olan səviyyəyə çatdırmışıq. Səfərimin Azərbaycanın qədim şəhəri “Şuşa ili”nə təsadüf etməsi xüsusi əhəmiyyətlidir. Bu gün bura geniş heyətlə gəlmişəm. Sizə Qarabağ deyəndə ürəyində fırtınalar olan 85 milyon vətəndaşımızın salamını gətirmişəm".скачать dle 10.6фильмы бесплатно
28-05-2022, 15:52
Baxıs: 28 250
Reyting: