Ermənistanda əsgər güllələnərək öldürülüb

Mayın 11-də Ermənistanın şərq istiqamətində yerləşən N saylı hərbi hissənin döyüş postlarından birində sıravi əsgər Argişti Armenoviç Yeqyanın meyiti aşkarlanıb.

Leqal.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 20 yaşlı əsgər sinəsindən güllə yarası alıb.

Faktla bağlı araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
11-05-2022, 17:30
Baxıs: 29 264
Reyting: