Bayden Ukraynaya yeni hərbi yardım paketini elan edib

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya yeni 800 milyon dollarlıq hərbi yardım paketini elan edib.


Leqal.info xəbər verir ki, bu barədə Amerika lideri videomüraciətində bildirib.

Amerika lideri əlavə edib ki, ABŞ Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım paketi, o cümlədən ağır artilleriya və 144 min patron, həmçinin pilotsuz təyyarələr göndərir. Bundan əlavə, ABŞ administrasiyası gələn həftə Konqresə Ukraynaya hərbi yardımı artırmaq üçün əlavə sorğu göndərəcək.

ABŞ, həmçinin kəşfiyyat məlumatlarının ötürülməsində Ukraynaya dəstəyi davam etdirəcək.

Bununla yanaşı, Amerika lideri Ukraynaya 500 milyon dollar həcmində əlavə birbaşa iqtisadi yardımın ayrılacağını deyib.

Bayden videomüraciətində Rusiya ilə əlaqəli gəmilərin ABŞ limanlarına girişinə qadağa qoyulacağını da qeyd edib.

O, həmçinin Ukraynadan olan qaçqınların miqrasiyasını sürətləndirəcək proqrama start verildiyini açıqlayıb. Bu humanitar proqram çərçivəsində ABŞ 100 minə qədər ukraynalı qaçqını qəbul edəcək.скачать dle 10.6фильмы бесплатно
21-04-2022, 21:11
Baxıs: 36 488
Reyting: