Azərbaycanda daha 36 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 792 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 084 nəfər müalicə olunaraq sağalıb, 9 700 nəfər vəfat edib. 319 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 867, bu günə qədər isə ümumilikdə 6 721 330 test icra olunub. |
XƏBƏR LENTİ
Bu gün, 08:42
Bu gün, 08:42
Bu gün, 08:42
Bu gün, 08:42
Bu gün, 08:42
Bu gün, 08:42