Baş nazir və Prezident Administrasiyası rəhbərinin başçılığı ilə Şuşada müşavirə keçirilib

Martın 2-də Baş nazir Əli Əsədov və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin başçılığı və aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Şuşa şəhərində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən işlər üzrə müşavirə keçirilib.

Leqal.info-nun xəbərinə görə, görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı müzakirələr aparılıb, yerində bir sıra zəruri tapşırıqlar verilib.

Qeyd edək ki, nümayəndə heyətinin üzvləri Şuşanın tarixi-mədəni abidələrini ziyarət ediblər. Şuşa şəhərində icra olunan layihələr, aparılan bərpa, abadlıq-quruculuq işləri barədə aidiyyəti qurumların rəhbər şəxsləri ətraflı məlumat verib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 1-2-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə səfərdə olub.скачать dle 10.6фильмы бесплатно
2-03-2022, 18:30
Baxıs: 38 579
Reyting: