Zakir Həsənovun İrana səfəri başlayıb

Yanvarın 25-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri başlayıb.

Bu barədə Leqal.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin dəvəti ilə həyata keçirilir.

Z.Həsənovun İranın bir sıra dövlət rəsmiləri ilə görüşü və tədbirlərdə iştirakı planlaşdırılır.скачать dle 10.6фильмы бесплатно
25-01-2022, 11:30
Baxıs: 21 253
Reyting: