allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Vaksin olunanların sayı 1 milyonu keçdi » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Vaksin olunanların sayı 1 milyonu keçdi

Vaksin olunanların sayı 1 milyonu keçdi

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43499 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Arazxeber.az"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15507 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 025 790, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 639 463, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 386 327 təşkil edir.
16:47
Baxıs: 1840
Reyting: