Hökumət toyuq əti istehsalçılarına dəstəyin müddətini uzadıb

Azərbaycana idxal olunan toyuq əti və toyuq hissələri üçün tətbiq edilən idxal gömrük rüsumu ilə bağlı müəyyən edilmiş müddəti daha iki il uzadılıb.

Leqal.info-nun məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Bununla bağlı 2023-cü ilin sonunadək idxal olunan toyuqlar və onların hissələrinin 1 kq-na 1 ABŞ dolları gömrük rüsumu tətbiq ediləcək.

Bundan öncə bu məhsulların 1 kq-na 15 %-lik idxal gömrük rüsumu tətbiq edilirdi.скачать dle 10.6фильмы бесплатно
30-12-2021, 12:48
Baxıs: 54 743
Reyting: