İlham Əliyev Putinin Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına töhfəsini yüksək qiymətləndirib

"Soçidə keçirilən bugünkü görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanması üzərində işlər müzakirə olunacaq".

Leqal.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Soçidə keçirilən görüşdə bildirib.

“Əlbəttə ki, bu gün Ermənistan və Azərbaycan arasındakı problemlər daha ətraflı müzakirə olunacaq.

Qeyd etməliyəm ki, ötən ilin noyabr ayında Rusiya sülhməramlıları fəaliyyətə başladıqdan sonra arxada qalan 1 il ərzində sülhməramlıların məsuliyyət zonasında ciddi insidentlər baş verməyib: hərbi toqquşmalar, hər hansı ciddi hadisələr qeydə alınmayıb. Rusiya sülhməramlıların məsuliyyət zonasına daxil olmayan Azərbaycan və Ermənistan sərhəddində toqquşmalar oldu. Əlbəttə ki, bu bu gün bizi həm də üçtərəfli formatda risklərə necə nəzarət etməyə, onları minimallaşdırmağa, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanmasına daha böyük diqqət ayırmağa vadar edir.

Bu məsələdə şəxsən Sizin rolunuzu, Rusiya Federasiyası hökumətinin yüksək nümayəndələrinin, həmçinin rusiyalı sülhməramlıların Qarabağda sülhün təmin edilməsindəki rolunu yüksək qiymətləndiririk. Ümid edirik ki, bu işlər gələn il də davam etdiriləcək və yaxşı nəticələr əldə olunacaq”, - Azərbaycan Prezidenti söyləyib.скачать dle 10.6фильмы бесплатно
26-11-2021, 17:30
Baxıs: 42 253
Reyting: