"Azərişığ"ın əməkdaşı Laçında minaya düşüb

"Azərişığ"ın əməkdaşı minaya düşərək xəsarət alıb.

Leqal.info-nun əldə etdiyi məlumata görə, hadisə Laçın rayonunun Güləbird kəndi ərazisində qeydə alınıb.

Belə ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman piyada əleyhinə minaya düşüb.

Yaralının sağ ayağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
22-11-2021, 21:24
Baxıs: 34 671
Reyting: