İndiyədək qazi və şəhid ailələrinin 5,5 milyon manatlıq borcları ödənilib

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitdən indiyədək hansı istiqamətlər üzrə xərcləndiyi məlum olub.


"Report"un sorğusuna cavab olaraq fonddan bildirilib ki, vəsaitlər ödənişlərin xərc istiqamətləri üzrə bölgüsü və ödənişlərin xərc istiqamətlərinin alt növləri üzrə bölgüsünə uyğun olaraq sərf edilib.

Belə ki, fonda toplanan vəsaitdən öhdəliyə götürülmüş şəxslərin məişət şəraitinin yaxşılaşdırılması üçün 31 482 289,50 manat xərclənib.

Tibbi xərclərin ödənilməsi üçün 11 107 436,99 manat, borc öhdəliklərinin qarşılanması üçün 5 470 926,70 manat, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün 631 010,51 manat sərf olunub.

Qeyd edək ki, indiyədək fondda 64 611 281,3 manat toplanıb. Həmin vəsaitin 48 155 164,96 manatı xərclənib.

Vəsaitin qalığı isə 16 456 116,34 manatdır.скачать dle 10.6фильмы бесплатно
22-11-2021, 21:17
Baxıs: 32 344
Reyting: