Azərbaycanda daha 1 855 nəfər koronavirusa yoluxub, 27 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 855 yeni yoluxma faktı qeydə alınıb, 2 199 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

Ölkədə ümumilikdə 550 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 511 400 nəfər müalicə olunaraq sağalıb, 7 320 nəfər vəfat edib, aktiv xəstə sayı 31 726 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 002, ötən müddət ərzində isə ümumilikdə 5 301 252 test aparılıb.скачать dle 10.6фильмы бесплатно
9-11-2021, 17:35
Baxıs: 26 944
Reyting: