Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

Leqal.info-nun xəbərinə görə, liderlər Azərbaycan-Türkiyə əlaqələrinin hazırkı durumunu müzakirə edib, iki ölkə arasındakı münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımları nəzərdən keçiriblər.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birgünlük rəsmi səfərə gəlib. Onu Füzuli Beynəlxalq Hava Limanında Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. Liderlər Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər.скачать dle 10.6фильмы бесплатно
26-10-2021, 15:30
Baxıs: 22 773
Reyting: