allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Prezident İlham Əliyev nələri bacardı? » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Prezident İlham Əliyev nələri bacardı?

Prezident İlham Əliyev nələri bacardı?

Arazxeber.az xəbər verir ki, Ali Baş Komandan müharibənin davam etdiyi son iki həftədə də qibtəediləcək məsuliyyət, dərin siyasi dərrakə göstərdi...

Görünən budur ki, atəşkəs-filan alınmır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Ermənistana verilən son şansa” da ağlını tamamilə itirilmiş hakimiyyət mövqelərimizə hücum cəhdiylə cavab verdi. Yenə cavablarını ağır aldılar, yenə ciddi itkilər verərək geri çəkildilər.

Barışa bilmirlər- işğaldakı torpaqların bəzilərinin tez bir müddətdə azad edilməsi bunları bir yerlərinədək yandırır. İndi ancaq dilləri qalıb: hələ danışırlar, yalan üyüdürlər, amma tezliklə danışmağa dilləri də olmayacaq. Elə Ermənistanın havadarlarının da daha dilləri olmamalıdır danışmağa. Azərbaycanın sülh üçün şərtləri məlumdur, Moskva görüşü ilə xoş niyyətini də göstərdi. Amma ermənilər elə həmin atəşkəs günü 1974-cü il təvəllüdlü daha bir mülkü vətəndaşımızı öldürdülər. Diplomatiya yolunu Ermənistan əli ilə yenə geri itələdi...Azərbaycan bu mərhələni də qazandı.

Müharibə istənilən dövlət üçün ağır işdir. İlham Əliyev bu ağır işə illərdir hazırlaşırdı, danışıqlarda iştirak edə-edə ölkənin hərbi strategiyasını dəyişirdi, ordunun silah arsenalını, qüdrətini artırırdı. Müharibə kimi məsuliyyətli bir yükün altına çiyin vermək-həm də dünyanın indiki nataraz halında-hər Ali Baş Komandanın işi deyil.

Qarşı tərəfin illərdir səngərlərdə, əlverişli mövqelərdə möhkəmləndiyini, arxalarında dəstəkçi dövlətlərin olduğunu bilərik belə bir qərar vermək ən əvvəl iki mühüm keyfiyyət tələb edir: cəsarət və ağıl. Cəsarət ona görə ki, Komandan kimi irəlidə birincisən, təkcə dövlətə görə deyil, bir əsgərin həyatına görə də məsuliyyət Sənin çiynindədir. Ağıl isə ona görə ki, müharibəni yalnız ağıllı liderlər qalibiyyətlə başa vura bilər- istər sülhlə, istər hərblə...
Prezident İlham Əliyev müharibənin davam etdiyi son iki həftədə qibtəediləcək məsuliyyət, dərin siyasi dərrakə göstərdi. Prezidentin xalqa müraciətləri, xalqla açıq danışması bu məsuliyyətin yalnız bizə görünən hissəsidir. Bizə görünməyən hissədə daha ağır məsuliyyət- hər saat, hər dəqiqə cəbhədən alınan xəbərlər, təhlillər, göstərişlər, diplomatik danışıqlar və daha nələr var...

Yekunlar üçün nəticələr yazmaq çox tezdir, amma bəzi nəticələr haqda indidən danışmamaq da insafsızlıqdır.

İlham Əliyev ən əvvəl çox ağır, sözün həqiqi mənasında virusa yoluxmuş, maskalanmış 2020-ci ili Azərbaycan xalqının ili etdi. Hamımız “ili bada verdik” düşünərkən, Prezident Azərbaycan xalqının tarixinə ən şərəfli səhifəni yazdı.

Daha bir mühüm nəticəni də hamımız bilməliyik: İlham Əliyev millətimizi başqa xalqların yanında Qarabağdan söz düşəndə yaşadığı sıxıntıdan birdəfəlik xilas etdi. Azərbaycanlıların bir ovuc ermənin və onun güclü dəstəkçilərinin qarşısında heç də acız olmadığını, işğalla heç vaxt barışmayacağını bütün dünya gördü. Gördülər ki, bu millət haqda bədxahlarının formalaşdırdığı bədgüman təsəvvürlər tam yalan imiş. İlham Əliyev sübut etdi ki, Azərbaycan xalqı istənilən düşmənə sinə gərməyə, onun ğözünü ovmağa hazır xalqdır.

İlham Əliyev daha nə etdi? Qarabağın azadlığını milli ideologiyanın ən ön sırasına çıxardı, milli qürur məsələsinə çevirdi. Şuşada qondarma “andiçmə” mərasiminin keçirildiyi yeri ermənilərin başına uçurmaq bu qürura toxunanlara verilmiş bir cavabdır həm də...Davamı mütləq olacaq.

Prezident İlham Əliyev Azərbaycanın sıradan bir dövlət olmadığını sübut etdi. Sübut etdi ki, Azərbaycan indi NATO standartlarına uyğun müharibə apara biləcək qədər güclənib və hərb meydanında qəhrəmanlıq səlnaməsi yaza bilən güclü orduya sahibdir.

İlham Əliyev dünyada separatizmi maliyyələşdirən, separatizmi dəstəkləyənlər güclərə qarşı çıxdı-bu təkcə Qarabağ üçün ədalət müharibəsi deyil. Bu ərazisi basılmış, əhalisi qaçqın düşmüş bütün dövlətlərə dəstək aksiyasıdır, onları da işğalla barışmamağa çağırışıdır, ikiüzlü standartlarla siyasət yürüdən dövlətlərin üzünə vurulmuş sillədir. Azərbaycan Prezidentinə hətta gözləmədiyimiz mərkəzlərdən, dövlətlərdən gələn təzyiqlərin bir səbəbi də həm də budur. Həmin o Avropa Birliyi, həmin o Almaniya məsələn, Donbasda sülh yoluyla illərdir bir qarış belə torpağı Ukraynanın nəzarətinə qaytara bilməyib. Bunu istəməyiblər, yoxsa bunu bacarmayıblar, bu ayrı söhbətin mövzudur. Onların Qarabağdakı müharibəyə görə müəmmalı hay-küylərinin səbəbi həm də sabah onların yaxasından yapışıb “bəs, bizim torpağımız?” soruşacaq əllərə görədir. İlham Əliyev təkcə Azərbaycanda deyil, bəlkə də bütün dünyada konservləşdirilmiş “status-kvo”ları alt-üst etdi. Prezidentə dörd bir tərəfdən olan ədalətsiz təzyiqlərin mənası və açması həm də budur...

İlham Əliyev nəyi bacardı? Ordu öz işini gördü, o da orduya bərabər bir iş. Bütün enerjisi ilə düşmənin və dost olmayan ölkələrin məkrli planlarını pozur. Dünyanın bir neçə nüfuzlu kanalına hər gün müsahibələr verir(davam edir), ən naqolay, hətta aşkar qərəzli suallara tövrünü pozmadan cavab verir, erməni yalanlarını darmadığın edir. Bəlkə də hərbi əməliyyatlardan əvvəl bu telekanallar Prezidentdən müsahibə üçün bir neçə gün gözləməli olardılar. İndi isə İlham Əliyev onları geri qaytarmır, üstəlik bəzi dairələrə bağlı qlobal media holdinqlərin iç üzünü, yalanlarını ifşa edir. Heç kimə dövr etmir bu işi, özü görür, o suallara özü cavab verir. Məsuliyyətli, ağır və ağıl tələb edən işdir!

Başqa nəticələr də var, amma onları daha başqa yazılara saxlayaq. Əminəm ki, bu 15 gündə bir çoxları Prezident İlham Əliyevi yenidən kəşf etdilər, daha yaxından tanıdılar.

...Davam edən müharibə Azərbaycanı qələbələrə aparır, Ermənistanı isə daha dərin çuxura batırır. Paşinyan və onun arxasında dayananlar erməni xalqının düşməni kimi davranırlar. Cəhənnəmə ki...

Prezident niyə sülh istəyir? Çünki əsgər bizim insandır, bizim qandır, bizim xalqın oğludur. Erməni əsgəri formasını geyinənlərin əksəriyyəti xaricdən gəlib bunların olmayan torpaqlarında gəbərir. Azərbaycan üçün isə bir əsgər itkisi də itkidir!

“Atəşkəs olmasın, Şuşayadək gedək!” demək asandır, qələbəyə uzun illər həsrət qalmış xalqın ruh yüksəkliyi də anlaşılandır, hətta çox yaxşıdır. Amma istənilən halda, reallıq hissini itirməməliyik. Bu tarixi məsuliyyətli işi öhdəsinə götürən Komandan nəyi və necə etməyi yaxşı bilir. İlham Əliyevin sitatını qısaca xatırlatmaq bu yazıya yekun ola bilər: “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır”.
10:33
Baxıs: 2320
Reyting: