Ermənistanın daha bir hərbçisinin meyiti tapılıb

İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun itkin düşmüş daha bir hərbçisinin meyitinin qalıqları tapılıb.

Bu barədə Leqal.info Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hərbi qulluqçunun meyitinin qalıqları Azərbaycanın Füzuli rayonu ərazisində aşkarlanıb.

Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Bununla da Qarabağda meyiti aşkarlanan itkin erməni hərbçilərin sayı 1 668-yə çatıb.скачать dle 10.6фильмы бесплатно
16-09-2021, 21:27
Baxıs: 36 255
Reyting: