Elşad Hacıyev: "Toylarda aparılan monitorinqlər zamanı 38 nəfər həbs edilib"

“Bugünkü brifinqdə heç bir məhdudiyyətdən söhbət getmədi. Bütün qaydalar olduğu kimi saxlanıldı”.

Leqal.info xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tədrisin başlaması üçün hər kəs qaydalara əməl etməlidir:

“Dövlətin işini çətinləşdirməməliyik. Toy, nişan, ad günü mərasimlərinin təşkili ilə bağlı monitorinqlər bu gün də davam etdirilir. İyulun 1-dən bu günə qədər 4 865 toy şənliyinin monitorinqi həyata keçirilib. Buradakı mənzərə bir o qədər də ürəkaçan olmayıb. Bu dövr ərzində 38 nəfər həbs edilib, 27 nəfər barəsində materiallar məhkəmələrə göndərilib. 46 899 nəfərin COVID-19 pasportu olmayıb. Onlar arasında xəstələr də olub”скачать dle 10.6фильмы бесплатно
20-08-2021, 13:22
Baxıs: 37 386
Reyting: