Seninem.Az > Gündəm / Manşet Yuxarı > "Avto FM" radiosu DİN-in nəzarətinə keçib
"Avto FM" radiosu DİN-in nəzarətinə keçibTarix: 25-05-2022, 15:08. Müəllif: admin |
"Avto FM" radiosu Daxili İşlər Nazirliyinin (DİN) nəzarətinə keçib. Leqal.info xəbər verir ki, bu, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) DİN-in tabeliyinə verilməsindən sonra baş tutub. Belə ki, NİİM əvvəllər Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olub. Prezident İlham Əliyevin bu il fevralın 7-də imzaladığı fərmanla "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” MMC DİN-in tabeliyinə verilib. Bununla "Avto FM" radiosu da DİN-in nəzarətinə keçib, hazırda radio NİİM-in tabeliyində fəaliyyətini davam etdirir. Qeyd edək ki, "Avto FM" MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Cavid Neymətzadədir. Xatırladaq ki, hazırda NİİM-in rəhbəri polis polkovnik-leytenantı Namidan Piriyevdir. Geri Qayıt |