Seninem.Az > Aktual / Manşet Yuxarı > Səfərbərlik Xidmətinin 46 əməkdaşı nöqsanlara görə cəzalandırılıb

Səfərbərlik Xidmətinin 46 əməkdaşı nöqsanlara görə cəzalandırılıb


Tarix: 9-03-2022, 14:55. Müəllif: admin
Ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 46 əməkdaşı nöqsanlara görə cəzalandırılıb.

Leqal.info-nun xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Bildirilib ki, hesabat dövründə korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş vətəndaş müraciətləri asasında Xidmətin əməkdaşları barəsində müvafiq araşdırmalar aparılıb. Təsdiqini tapan faktlar əsasında 5 halda toplanılan materiallar Baş Prokurorluğa və Hərbi Prokurorluğa göndərilib, eyni zamanda aparılan araşdırmalar nəticəsində xidməti vəzifələrinin icrasi zamanı yol verdikləri nöqsanlara görə Xidmətin 46 nəfər əməkdaşı intizam qaydasında cəzalandırılıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt