Seninem.Az > Sosial / Manşet Yuxarı > QMİ: Məscidlər ibadət üçün açıqdır

QMİ: Məscidlər ibadət üçün açıqdır


Tarix: 10-06-2021, 12:00. Müəllif: admin
İçərişəhər Cümə məscidi dindarlar üçün ibadətə artıq açıqdır.

Bunu "Report"a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü, adıçəkilən məscidin axundu Hacı Surxay Məmmədli deyib.

O bildirib ki, axundu olduğu məscid səhər saatlarından, sübh namazı vaxtından vətəndaşların üzünə açıqdır:

“Sübh namazı üçün az sayda dindar ibadət üçün gəlmişdilər. Əsas günorta namazı vaxtı dindarların çoxluğu müşahidə olunacaq və hazırda hazırlıq işləri görülür. Namaz qılınması zamanı və dindarların içəriyə buraxılışı qaydalar əsasında həyata keçiriləcək”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə iyunun 10-dan etibarən dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla fəaliyyəti bərpa edilib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt