Sabah yağış yağacaq - PROQNOZ

Sabah yağış yağacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında oktyabrın 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  Manset.az-a  verilən məlumata görə, axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-23° isti olacaq. Bakıda gecə 16-18° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın şərq rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.скачать dle 10.6фильмы бесплатно
12-10-2022, 14:39
Baxıs: 385
Reyting: