Azərbaycanda gələn il üçün yaşayış minimumunun məbləği təsdiqlənib

Prezident İlham Əliyev "Azərbaycanda 2022-ci il üçün yaşayış minimumu haqqında" qanunu imzalayıb.

Leqal.info xəbər verir ki, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.скачать dle 10.6фильмы бесплатно
23-12-2021, 21:29
Baxıs: 45 496
Reyting: