allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Vətənpərvər alim və Fəal ictimaiyyətçi xanım Yeganə Mahmudbəylini -Təbrik edirik! » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Vətənpərvər alim və Fəal ictimaiyyətçi xanım Yeganə Mahmudbəylini -Təbrik edirik!

Vətənpərvər alim və Fəal ictimaiyyətçi xanım Yeganə  Mahmudbəylini -Təbrik edirik!

ARAZXEBER.AZ SAYITIMIZIN KOLLEKTİVİ ADINDAN Vətənpərvər alim Fəal ictimaiyyətçi
Təbrik edirik!

Bəşəriyyətin inkişaf mərhələsinə mütəmadi olaraq təkan verən, təfəkkür və təxəyyülləri ilə ölkəsinə, xalqına xidmət edən elm adamlarımızın - alimlərimizin xidmətləri, oların keçdikləri ömür yolları tarix səhifələrində özünəməxsus möhtəşəm yer tutur.
Ölkəsini və xalqını dərin məhəbbətlə sevən, fəal ictimaiyytçi, gözəl alim xanım AMEA-nın Zoologiya İnstitutunun dosenti Yeganə Əbil Həsən qızı Mahmudbeyli də məhz belə alimlərimizdəndir. Alim xanım yaxın günlərdə elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Vətənpərvər alim ömrünün ən dəyəri illərini elmə və xalqına həsr etmişdir.
Yeganə xanım orta təhsilini Bakıdakı 52 saylı məktəbdə almışdır. Bakı Dövlət Universitetinin ( 1981-1986) biologiya fakultəsini bitirmişdir. 1987 – ci ildə Azərbaycan Milli Emlər Akademiyası Zoologiya İnstitutununu “Helmintologiya” laboratoriyasında baş laborant vəzifəsinə işə qəbul olunmuşdur.1997 –ci ildə bilogiya üzrə fəlsəfə doktoru elmi adına layiq görülənYeganə xanım 2000 – ci ildə böyük elmi işçi, 2007 – ci ildə dosent elmi adını almışdır.

Vətənpərvər alim və Fəal ictimaiyyətçi xanım Yeganə  Mahmudbəylini -Təbrik edirik!

Yeganə Mahmudbəyli hazırda AMEA –nın Zoologiya İnstitutunda çalışır. Çalışdığı İnstitutun Dissertasiya Şurasının Elmi Seminarının üzvü olan Yeganə xanım Mahmudbeyli mütəmadi olaraq elmi fəaliyyətini davam etdirir. O, 53 elmi məqalənin müəllifidir və məqalələrin bir çoxu xarici ölkə mətbuatında dərc olunub.
Alim xanım institutun Qadınlar Şurasının sədri kimi də çox işlər görür. Ictimai işlərdə öndə gedən Yegənə Mahmudbeyli, ölkədə baş verən proseslərə diqqətlə yanaşır və ürəyi hər zaman xalqına məhəbbəti ilə döyünür. O, institutun Qadınlar Şurasının sədri, olmaqla yanaşı- “Azərbaycan Qadınları Respublika Cəmiyyət”-nin Səbail Rayon Təşkilatının sədri kimi vaxtaşırı olaraq bir sıra əlamətdar tədbirlər həyata keçirir.
Müstəqilliyimizi, ölkə Prezidentimiz cənab İlham Əliyevin irəli sürdüyü ideyaları möhkəm əllə dəstəkləyən gözəl alimimiz Yasamal Rayon Yeni Azərbaycan Partiyasının üzvüdür. O, 2015 – ci ildə BMT yanında Ümumdünya Beynəlxalq Sülh Federasiyasının “ Sülh səfiri” Diplomu ilə təltif edilmişdir.

Vətənpərvər alim və Fəal ictimaiyyətçi xanım Yeganə  Mahmudbəylini -Təbrik edirik!

Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Yeganə xanım “Cəmiyyət və Qadın” jurnalının baş redaktorunun I müavini kimi də fəaliyyət göstərir. Dəyərli məqalələri ilə mətbuat səhifələrində çıxış edir.

Yeganə Mahmudbəyli daima nəslini, soy kökünü araşdıran bir tədqiqatçı olub. Ulu babasının, soy kökünün bəy nəslindən olduğunu təsdiqləyən arxiv sənədlərini əldə edən Yeganə xanım, Maqsud İbrahimbəyovun təsis etdiyi Azərbaycan Respublikası “Əsilzadələr Məclisinin” Şəhadətnaməsi ilə təltif edilib.
O, AJB tərəfindən “ Həsənbəy Zərdabi “ adına Diploma, eyni zamanda “Cəmiyyət və Qadın” jurnalı, “Qafqaz Media” və “Milli Dəyərlərin Qorunması” İctimai Birliklərinini Diplomlarına layiq görülmüş, Türkiyənin “ İki dövlət- Tək Millət” projesinin medal və ödülləri ilə təltif olunmuşdur.
Vətənpərvər alim, fəal ictimaiyyətçi, Yeganə xanım Mahmudbəylinin biologiya elmləri doktoru elmi dərəcə alması münasibəti ilə ürəkdən təbrik edir, elmin müqəddəs yollarında zirvələrə doğru yeni – yeni uğurlar arzulayıram.
Sona Abbasəliqızı.
Yazıçı-publisist
15:06
Baxıs: 172880
Reyting: