Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni hərbçinin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

Leqal.info xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Meyit Cəbrayılda aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 619-a çatıb.скачать dle 10.6фильмы бесплатно
29-07-2021, 19:00
Baxıs: 35 497
Reyting: