Rusiyanın Azərbaycana göndərdiyi vaksinin sayı açıqlanıb

"Azərbaycanla Rusiya arasında dərin köklərə malik dostluq münasibətləri koronavirus pandemiyası dövründə də qarşılıqlı dəstək şəklində özünü büruzə verib".

Leqal.info xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialında ilk məzunlara diplom təqdimatı mərasimində bildirib.

T.Musayev Rusiya Səhiyyə Nazirliyi tərəfindən Azərbaycana 200 min doza “Sputnik V” vaksini göndərilməklə mühüm dəstək göstərildiyini də dilə gətirib.скачать dle 10.6фильмы бесплатно
6-07-2021, 19:52
Baxıs: 20 395
Reyting: