allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Xətai Sənət Mərkəzində “XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçırıldı » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Xətai Sənət Mərkəzində “XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçırıldı

Xətai Sənət Mərkəzində “XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçırıldı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə XX əsr tarixinə “Əsrin genosidi” kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq məqsədi ilə elan olunmuş “XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi 24 fevral 2020-ci il saat 16:00-da baş tutdu.
Tədbiri giriş sözü ilə Azərbaycan Rəssamlar İttifaqının katibi, professor Ağaəli İbrahimov açaraq 26 fevral tarixinin Azərbaycan xalqının başına gətirilən bir genosid faktı oldunu qeyd etdi. Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvazov balaca rəssamlara qan yaddaşımızdan olan Xocalı soyqırımını unutmadıqlarına və tabloya köçürdükərinə görə təşəkkür etdi. Tədbirdə həmçinin Əməkdar rəssam Aydın Rəcəbov, Əməkdar rəssam Rəfael Muradov, rəssam Nazim Məmmədbəyov, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin əməkdaşı Azər Rəhimov çıxış edərək XOCALI GENOSİDİNİN Azərbaycan xalqının taleyində bir yara olduğunu qeyd etdilər.
Tədbir iştirakçılara şəkil çəkdirməklə diplom təqdimetmə mərasimi ilə davam etdi və Xocalı abidəsinin önünə çiçək qoyma mərasimi ilə başa çatdı.
Müsabiqəyə Respublikamızın müxtəlif guşələrindən 700-dən çox uşaq, 1300-ə qədər əsəri ilə vertual qaydada qatılmışdır. Tədbirə 225 uşağın hər birindən bir əsər olmaqla sərgilənmək üçün dəvət olunmuşdur.
Həmçinin yekun sərgidə tanınmış rəssam Azərbaycan Rəssamlıq Akademiyasının müəllimi Cəlal Ağayev özünün müsabiqənin adı ilə eyni adlı “Şəhid şəhər” əsəri ilə təmsil olunurdu.
Müsabiqənin yekun sərgisində Lənkəran Şəhər Uşaq Rəssamlıq məktəbi, 4 nömrəli Uşaq İncəsənət məktəbi, 2 saylı İncəsənət məktəbi, Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzi Rəssamlıq şöbəsi, H.Abbasov adına Maştağa Mədəniyyət mərkəzi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf mərkəzi, 147 saylı texniki humanitar lisey, 2 nömrəli Uşaq-Gənclər İnkişaf mərkəzi, Sumqayıt şəhər 1 nömrəli Uşaq Gənclər İnkişaf mərkəzi, Hədəf Liseyi, Masallı r. Onbirillik İncəsənət məktəbi, Abşeron Buzovna art studio, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, 108 nömrəli tam orta məktəb, Bilender tədris mərkəzi-Raziyaart, ƏSRA tədris mərkəzi, Gəncə Şəhər Uşaq Incəsənət məktəbi, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi və s. rəssamlıq dərnəkləri daha çoxluqla təmsil olunurdular.
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olundular.
Müsabiqədə iştirak etmək üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Şəhid şəhər” afişasına toxunmaqla və ya http://xsm.az/site/sehidseher/ linkinə daxil olub 1 və ya 2 əsərinin fotosunu daxil etməklə göstərilən anketi doldurmaqla qatılmışlar.

Xətai Sənət Mərkəzində “XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçırıldı Xətai Sənət Mərkəzində “XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçırıldı Xətai Sənət Mərkəzində “XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçırıldı Xətai Sənət Mərkəzində “XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçırıldı Xətai Sənət Mərkəzində “XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçırıldı Xətai Sənət Mərkəzində “XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçırıldı Xətai Sənət Mərkəzində “XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçırıldı Xətai Sənət Mərkəzində “XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçırıldı Xətai Sənət Mərkəzində “XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçırıldı
18:25
Baxıs: 1040
Reyting: